Ölkəmizin Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Ali-Sani bu cümə axşamı səhər saatlarında telefon danışığında Suriyada baş verən hadisələr və qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər, bölgədəki proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Bu söhbətdə tərəflər sionist rejimin Suriyanın infrastrukturlarına hücumlarının və bu ölkənin daha çox ərazisinin işğalının dayandırılması üçün ciddi səy və fəaliyyətin zəruriliyini vurğulayıblar.
Bu söhbətdə, həmçinin Suriya xalqının iradəsinə əsaslanan sabitliyin bərqərar olmasına və əhatəli siyasi sistemin formalaşmasına kömək etmək məqsədi ilə Suriyada baş verən hadisələrlə bağlı ikitərəfli və çoxtərəfli məsləhətləşmələrin davam etdirilməsi ilə bağlı müzakirə aparılıb.
Sizin rəyiniz